Prezident: “Dəmir yumruq yerindədir”
Azvision.az -ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən çıxışında Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan haqqında danışarkən deyib.
Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz", - deyə dövlət başçısı vurğulayıb.
Azvision.az
Teqlər: İlham-Əliyev