Gürcüstan Saakaşvilini Ukraynaya verməyəcək - Sulukiani

Gürcüstan Saakaşvilini Ukraynaya verməyəcək -    Sulukiani
  04 Oktyabr 2021    Oxunub:616
Gürcüstan eks-prezident Mixeil Saakaşvilini Ukraynaya təhvil vermək niyyətində deyil.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Sulukiani bildirib. Onun sözlərinə görə, Saakaşvili həbs müddətini Gürcüstanda keçirəcək.

"Sabiq prezidentə Gürcüstan məhkəməsi tərəfindən müəyyən edilmiş həbs müddətini çəkməsi üçün Ukraynaya təhvil verilməsindən danışırıqsa, belə bir niyyətimiz yoxdur. Bunun üçün hüquqi məqsədəuyğunluq mövcud deyil. Keçmiş prezident Gürcüstan həbsxanasında qalacaq", - hökumət rəsmisi bildirib.

Xatırladaq ki, Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur.
Sabiq prezident oktyabrın 1-də Tbilisinin Kvişxeti küçəsində qaldığı mənzildə həbs edilib. Bundan əvvəl onun barəsində qiyabi olaraq Valeri Gelaşviliyə hücumda təqsirli bilinərək 6 il, həmçinin vəzifə səlahiyyətindən sui-istifadə maddəsi ilə 2 il 3 ay müddətinə həbs qərarı çıxarılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Mixeil-Saakaşvili  





Xəbər lenti