Hakim "Gürcü arzusu" seçkilərdə qalib gəlib

Hakim "Gürcü arzusu" seçkilərdə qalib gəlib
  04 Oktyabr 2021    Oxunub:648
“Hakim Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası yerli özünüidarəetmə orqanlarına seçkilərdə proporsional siyahılar üzrə qalib gəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Məntəqlər üzrə səslərin 100 faiz hesablanmasından sonra hakim partiyanın 46,69% səslə qalib gəldiyi bəlli olub.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi müxalif “Vahid Milli Hərəkat” partiyası 30,7% səs toplayıb. Üçüncü yeri isə 7,8% səslə keçmiş baş nazir Giorgi Qaxariyanın "Gürcüstan naminə" partiyası tutur.

Ölkədə seçkilər şənbə günü keçirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti