Rusiya səfirliyi yaxınlığında "İŞİD"in 5 silahlısı öldürülüb

Rusiya səfirliyi yaxınlığında "İŞİD"in 5 silahlısı öldürülüb
  04 Oktyabr 2021    Oxunub:868
“Taliban” hərəkatının nümayəndələri Kabildə “İŞİD” terror qruplaşmasının bir qrup silahlısını məhv edib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, atışma paytaxt Kabildə Rusiya səfirliyi yaxınlığında baş verib. Ümumilikdə 5 "İŞİD" yaraqlısı məhv edilib. Hər iki tərəfdən yaraqlıların pulemyot və avtomatlardan istifadə etdiyi bildirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Atışma  





Xəbər lenti