Yaponiya imperatoru yeni hökumətin tərkibini təsdiqləyib

  04 Oktyabr 2021    Oxunub :247
Yaponiya imperatoru yeni hökumətin tərkibini təsdiqləyib
Yaponiya İmperatoru Naruhito baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi yeni hökumətin tərkibini təsdiq edib.
Azvision.az xəbər verir ki, bu münasibətlə keçirilən rəsmi mərasim Tokiodakı İmperator Sarayında baş tutub. İmperator tərəfindən Nazirlər Kabinetinin tərkibinin təsdiqlənməsi Yaponiya konstitusiyasına uyğun olaraq həyata keçirilən məcburi prosedurdur. Mərasim zamanı nazirlər növbə ilə imperatordan xüsusi sənəd alırlar - monarx tərəfindən imzalanmış təyinat barədə bildiriş.

Tədbirdə parlamentin hər iki palatasının spikerləri və keçmiş baş nazir Yoşihide Suqa da iştirak edib.Yaponiya parlamentinin hər iki palatası oktyabrın 4-də böyük səs çoxluğu ilə Fumio Kişidanı ölkənin yeni baş naziri seçib. Sentyabrın 29-da ölkənin hakim Liberal Demokratik Partiyasının sədri seçilən F.Kişida Yaponiyanın sayca 100-cü baş naziri olub.


Azvision.az

Teqlər: Yaponiya  







Xəbər lenti