Finlandiyada 16 yaşlı qız bir gün prezidentlə birgə işləyəcək

   Finlandiyada 16 yaşlı qız bir gün prezidentlə birgə işləyəcək
  04 Oktyabr 2021    Oxunub:654
On altı yaşlı finlandiyalı qız Nella Salminen 6 oktyabrda bir gün ərzində ölkə prezidenti Sauli Niiniste ilə birgə işləyəcək, bir sıra vacib görüşlərdə iştirak edəcək və hətta çıxış edəcək.
Azvision.az xəbər verir ki, bu barədə bazar ertəsi Finlandiya liderinin ofisi məlumat yayıb. 16 yaşlı qızın dövlət başçısı ilə bir gün keçirməsi uşaq hüquqlarının qorunmasına diqqət çəkmək üçün atılan addımdır.

Gün ərzində Nella dövlət başçısı ilə “İqlim dəyişiklikləri və gələcək nəsillər üçün məsuliyyət” mövzusuna həsr edilən virtual konfransa qatılacaq, prezidentin həyat yoldaşı Yenni Haukio və nazirlər kabinetinin üzvləri ilə görüşəcək.

Azvision.az


Teqlər: Finlandiya  





Xəbər lenti