Avropada qazın qiyməti ilk dəfə 1200 dolları keçib

  04 Oktyabr 2021    Oxunub :213
Avropada qazın qiyməti ilk dəfə 1200 dolları keçib
Oktyabrın 4-də keçirilən ticarət sessiyasında Avropadakı qazın qiyməti tarixi rekordunu bir daha yeniləyib və 1 000 kubmetr üçün 1200 ABŞ dollarını ötüb.
Bu barədə Azvision.az “TASS”a istinadən xəbər verir. Belə ki, Niderlandın TTF onlayn qaz satışı mərkəzindəki noyabr fyuçersləri 1 000 kubmetr üçün 1 200,36 ABŞ dollara (hər mVt/saat 99,99 avro) satılıb. Bildirilir ki, “Qazprom”un qaz ixracı həcmlərindəki dəyişikliklər Avropada ciddi reaksiyalara səbəb olur.

Xatırladaq ki, sentyabrın 27-də "Qazprom" şirkəti Macarıstan dövləti ilə 2036-cı ilədək qaz tədarükünü nəzərdə tutan 2 müqavilə imzalayıb. Müqavilələrə əsasən Rusiya şirkəti illik 4,5 milyard kubmetr qaz satacaq və bu qaz Macarıstan ərazisindən keçməklə Serbiya və Avstriyaya ixrac ediləcək.

Azvision.az

Teqlər: Qaz   Avropa  







Xəbər lenti