Sosial mərəkə: Əsas şəbəkələr çökdü – Yenilənib

    Sosial mərəkə:  Əsas şəbəkələr çökdü –    Yenilənib
  04 Oktyabr 2021    Oxunub:2995

"Kimsə marşrutizatorların böyük hissəsini silib. Bu, sadəcə "feysbuk çöküb" demək deyil, "Feysbuk yoxdur" deməkdir":


Bu halda Feysbukun bərpası xeyli vaxt apara bilər...

* * *
"Burada xaos hökm sürür. Daxili sistemlərdən heç biri işləmir"
(Feysbukdakı məndə "Associated Press"ə deyib)

* * *
ABŞ-ın ikinci ən böyük bankı "Bank of America"nın onlayn xidmətlərində problemlər yaranıb. ABŞ-da Gmail istifadəçiləri də poçtlarına daxil ola bilmirlər.

* * *
Feysbukun çöküşündən qabaq Bitcoin bazarında hərəkətlənmə qeydə alınıb. Ekspertlər düşünürlər ki, bu, hakerlərin haqqını ödəmək üçün olub.

* * *
Şəxsi məlumatlar neçəyədir?!

Haker forumlarının birində Feysbukun 1,5 milyard istifadəçisinin şəxsi məlumatları satışa çıxarılıb. Bura istifadəçi adları, elektron poçt ünvanları, telefon nömrələri, yaşayış yerləri haqqında məlumatlar daxildir. Məlumatlar veb-skraypinq yolu ilə əldə olunub. Alıcılardan biri iddia edib ki, 1 milyon istifadəçinin məlumatı üçün ondan 5 min dollar istəyiblər.


Feysbuk hələ ki bu məlumata heç bir reaksiya verməyib. Əgər doğru çıxarsa, bu, Feysbukun tarixindəki ən böyük məlumat sızması olacaq.

* * *

"Ağ Ev Facebook, Instagram və WhatsApp-ın çöküşü ilə bağlı vəziyyəti diqqətlə izləyir" - Cen Psaki

* * *

Türkiyənin nəqliyyat və infrastruktur naziri Ömər Fatih Sayan qlobal sosial şəbəkələri tənqid etdi: "İstifadəçilərinin qarşısında məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Ölkələrin qanunlarını pozduqları kimi, istehlakçıların hüquqlarını da pozurlar" deyən nazir insanları yerli və milli platformalardan istifadə etməyə çağırıb.

* * *
Facebook və Instagram-ın çöküşünün səbəbi DNS-serverlərdəki problemlər ola bilər. Xarici media bildirir ki, sistemlərə Facebook.com və ya Instagram.com-u necə tapmağı göstərməli olan DNS qeydlər bu gün səhər qlobal marşrutizatorların cədvəllərindən itib.



"Feysbuk"dakı məndə "The İndependent"ə bildirib ki, şirkətin daxili logistika və kommunikasiya sistemləri də çökdüyü üçün, DNS-lərlə bağlı problemi aradan qaldırmaqda çətinlik çəkirlər.


Çöküş xəbərlərinin fonunda İT-nəhənglərinin səhmləri kəskin şəkildə düşüb. 2 saat ərzində Facebook-un səhmləri 5,5%, "Twitter"inki isə 6,4% ucuzlaşıb. Halbuki, "Twitter"in fəaliyyəti çox qısa müddətə dayandı və hazırda da işləyir. Yəni belə çıxır ki, çökən Feysbukdur, ucuzlaşan Tvitter...

"Forbes" bildirir ki, Facebook, Instagram və WhatsApp-da müşahidə olunan çöküşə görə Mark Zukerberq artıq 6,6 milyard dollar itirib.


Azvision.az -a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, problem lokal deyil, qlobal xarakter daşıyır.

**21:35***

Bir çox ölkələrdə “WhatsApp, “Instagram”, “Facebook” social şəbəkələrinin işində ciddi problemlər yaranıb. “Downdetector” xidmətinin verdiyi məlumata görə, istifadəçilərin çoxunda saytlar və mobil əlavələr açılmayıb, açılanlar isə serverə qoşula bilməyiblər. Daha sonra “Twitter”, “Google” və “Amazon” da çöküblər. Problemin müşahidə olunduğu ölkələrin arasında ABŞ, Böyük Britaniya, Almaniya, Kanada, Niderland, İtaliya, Fransa, Rusiya və digərləri də var.

“Problemdən xəbərdarıq və hər şeyin tezliklə normal vəziyyətə qayıtması üçün çalışırıq. Narahatçılığa görə üzr istəyiri”,- “Facebook”dan bildiriblər.


Feysbukla bağlı şikayətlərin dinamikası


İnstagramla bağlı şikayətlərin dinamikası


Votsappla bağlı şikayətlərin dinamikası


TikTok ilə bağlı şikayətlərin dinamikası.

Problemin nədən qaynaqlandığı haqda hələ ki heç bir məlumat verilməyib.
Yada salaq ki, sentyabrın əvvəlində "Instagram" fotohostinq şəbəkəsi eyni vaxtda dünyanın bir neçə ölkəsində çökmüşdü.

Samir Quliyev
Azvision.az


Teqlər: Sosial-Şəbəkə  





Xəbər lenti