Sosial şəbəkələrə görə hər saatda 215 milyon dollar itirilib - Deputat

  05 Oktyabr 2021    Oxunub :283
   Sosial şəbəkələrə görə hər saatda 215 milyon dollar itirilib -    Deputat
Dünən axşam sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib. "NetBlocks" şirkətinin hesablamalarına görə, "Facebook", "Instagram", "Twitter", "WhatsApp" və "Messenger"in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon xərc demək idi.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, "NetBlocks" şirkətinin Dünya Bank, ITU, Eurostat və ABŞ statistikasının məlumatları əsasında apardığı hesablamalar görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmaza, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər:

"Sadəcə "Facebook"un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər.

Qeyd edək ki, "NetBlocks" şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatların ölçüsü əsas meyar kimi götürülür.

Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan "Facebook" şirkətinin səhmləri 5 faizə yaxın ucuzlaşaraq hazırda 326 dollara təklif olunur".

Aytən Zəhra
Azvision.az

Teqlər: Facebook   Twitter  







Xəbər lenti