Məşhur bloger: "Sosial şəbəkə böhranı hakerlərin "əl işi" idi"

      Məşhur bloger:    "Sosial şəbəkə böhranı hakerlərin "əl işi" idi"
  05 Oktyabr 2021    Oxunub:2054
Məşhur bloger, "Tiktok"er-milyonçu kimi tanınan Pavel Osadçiy total informasiya böhranı zamanı necə davranmaq lazım gəlməsindən danışıb. Azvision.az xəbər verir ki, Rusiya mediasına açıqlama verən bloger gündəlik asılı olduğumuz məşhur saytlar və sosial şəbəkələr işləmədikdə insanların nə etməli olduqlarına dair məsləhətlər verib.
- "İnstagram"da pul qazandığım üçün əlbəttə ki, son hadisə məni də narahat etdi. Fotosessiyalarla bağlı müəyyən razılaşmalarım var və hər şeyi "Whatsapp"da yazıb izah etməliydim. Amma bu şəbəkə də işləmədi. Və beləcə zənglər vasitəsilə də ünsiyyət qurmalı oldum. Telefonunuzu itirəndə hansı hisslər keçirdiyinizi bilirsinizmi? Bu da eyni hislər yaşadır... Nə isə ki, atladıq. Anlayıram ki, bu absurddur, amma mənim üçün vacib məsələdir- Osadçiy təəssüratlarını bölüşüb.

Nə olmuşdu? - Feysbukun açıqlaması
Bloger "İnstagram"da boşuna vaxt keçirmək əvəzinə film izləməyi və ya dostlarla birlikdə gəzməyi məsləhət görüb. Osadçiy hakerlərin məlum texniki qəzaya "barmaq" edə biləcəyi ilə bağlı suala da cavab verib. Onun fikrincə, bu ehtimal olduqca real görünür.

- Hakerlərin tam olaraq nəyi sındırdıqları ilə bağlı bir xəbər eşitdim, buna görə də mən də bunu ehtimal edirəm. Yaxşı, əgər bu böhran haker işi deyildisə, bunu kim edə bilərdi? Özü də söhbət belə böyük miqyaslı və uzun müddət çəkən texniki uğursuzluqdan gedir... Hesab edirəm ki, bu hakerlərin əl işidir.

Qeyd edək ki, oktyabrın 4-də axşam saatlarında dünyada ən çox istifadə edilən sosial şəbəkələrdən sayılan "Facebook", "Instagram" və "WhatsApp"ın fəaliyətində uzunmüddətli problem yaşandı. İstifadəçilər mesaj göndərməkdə, serverə qoşulmaqda və ya məlum tətbiqləri yükləməkdə çətinlik çəkdilər. "Facebook"un qurucusu Mark Zukerberq texniki nasazlığa görə 6,6 milyard dollar itirdi.

Maraqlıdır ki, "Facebook"dakı nasazlıqdan dərhal sonra bəzi aktiv şəkildə istifadə olunan sayt və sosial şəbəkələr də çökdü. "TikTok", "Google", "YouTube", "Viber" həmçinin, "Twitter", "Gmail", "Tinder", "Snapchat", "Netflix" və "Zoom"un iş rejimində qlobal problemlər qeydə alındı. Yalnız altı saatdan sonra "Facebook" və "Instagram" qismən normal fəaliyyətə başladı. Bu texniki böhran şirkətin son 13 ildə ən böyük uğursuzluğu kimi qiymətləndirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Facebook   Böhran   Haker   Bloger  





Xəbər lenti