ABŞ ordusunun veteranları erməni uşaqlara hərbi təlim keçir

   ABŞ ordusunun veteranları erməni uşaqlara hərbi təlim keçir
  05 Oktyabr 2021    Oxunub:1105
ABŞ ordusundan təqaüdə çıxan əsgərlər Azərbaycanla Ermənistan arasındakı sərhəddəki erməni kəndlərində uşaqlara və mülki insanlara hərbi təlimlər keçir.
Azvision.az xəbər verir ki, bu barədə Amerikanın "Washington Examiner” nəşri yazıb.

Komandanın başında 13 il ABŞ Hərbi Hava Qüvvələrində xidmət ermiş “Aram” ləqəbli Livan ermənisi dayanır. Onlar təlimlərə Armaş kəndində başlayıblar.

Qeyd olunub ki, komanda hər il 2-3 min yerli insana təlim keçməyi hədəfləyir.

Məqalənin müəllifi Neil Hauer yazıb ki, ABŞ ordusunun erməni əsilli veteranlarından olan Aramın təlim keçdiyi qruplardan birində əsasən yeniyetmələr, digərində isə 20 yaşlı gənclər var.

Qeyd edib ki, ABŞ ordusunun erməni əsilli veteranlarından Aram təlim keçdiyi könüllülər dəstəsinə qarşıdakı təpəyə hücum əmri verir. Potensial yaraqlıların iki qrupu kolluqlardan çıxaraq əllərində avtomat kolonlar halında şərti düşmən səngərlərinə doğru irəliləyirlər.

“Bu mənzərə Azərbaycan sərhədindən cəmi bir neçə kilometr aralıda yerləşən erməni kəndi Armaşda cərəyan edir. Keçən ilin payızında Ermənistan-Azərbaycan müharibəsində döyüşən “Phoenix School of Bravery” təşkilatı veteranlarının hərbi təlimin bir hissəsidir. Önümüzdəki bir neçə ay ərzində təşkilatın qurucusu və rəhbəri Aram kənd sakinlərinə müdafiə taktikaları və döyüş əməliyyatları ilə bağlı təlim keçəcək".

Müəllif xatırladır ki, ABŞ hələ 90-cı illərdən bəzi münaqişə bölgələrində, o cümlədən İraqda özəl ordulardan istifadə edib. Həmçinin, başqa ölkələr də muzdlulardan istifadə edirlər. 90-cı illərdə birinci Qarabağ müharibəsində də muzdlulardan geniş istifadə edilib.

Məqalədə vurğulanıb ki, qrupun ən gənc üzvü 12 yaşlı Amalyadır. Onun atası birinci, qardaşı isə ikinci Qarabağ müharibəsində iştirak edib.

"Düşmənə çox yaxın olduğumuz üçün “Phoenix”ə müraciət etdik”, - kənd rəhbəri Hakob Zeynalyan deyir.

Qeyd olunub ki, Azərbaycan ordusu müharibə zamanı pilotsuz uçan aparatlarla erməni hərbi texnikasını sıradan çıxardı. Azərbaycanın arsenalında ən dağıdıcı silah olan Türkiyə istehsalı “Bayraktar TB2” ən azı 100 erməni tankını məhv etdi.

"30 il ərzində biz [ermənilər] 1994 -cü ildə qalib gəldiyimiz üçün özümüzü xoşbəxt sayırdıq. Hazırlaşmadıq və məğlub olduq. İndi insanlar baş nazir Nikol Paşinyanı xain adlandırılar, bizi satdı deyirlər. Reallıq budur ki, 1991-ci ildən bu günə qədər hər bir hökumət günahkardır", - Aram deyib.

O, beş illik planının olduğunu vurğulayıb: "Əvvəlcə kənd sakinlərini öyrədəcəyik, sonra cənuba enəcəyik. Kəndlər bir-birinin yanında zəncir meydana gətirir və biz bunu qırılmaz edəcəyik. Mən hökumətin 30 ildə etmədiyini edirəm".



Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Ermənistan   Təlim  





Xəbər lenti