Fransa səfiri Şəkidə olub - FOTO

Fransa səfiri Şəkidə olub -    FOTO
  05 Oktyabr 2021    Oxunub:1319
Fransanın Azərbaycandakı səfiri Zakari Qros Şəkidə səfərdə olub.
Azvision.az xəbər verir ki, bu barədə Fransa səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfərdə məqsəd frankofoniyanın, mədəniyyətin və qadınlardan ibarət idman komandasının yerli inkişafını dəstəkləmək olub.

Səfir Fransız İnstitutu və Şəki Regional Turizm Məlumat mərkəzi tərəfindən şəhərin fransızdilli turist bələdçisinin seçilməsi üçün təşkil edilən yarışmanın qalibinə diplom verib.

Müsabiqənin qalibi olan Gülnar Əliyeva Fransaya mədəniyyət və dilçilik üzrə səyahət qazanıb. Şəki Regional Turizm Məlumat mərkəzinin direktoru Səbinə Yadullayeva bildirib ki, Aleksandr Düma marşrutu 2022-ci ilin yazında turistlərə təqdim olunacaq.

Z.Qros, eyni zamanda Şəkinin futbol stadionu ətrafında divar qraffiti təsvirlərinin açılış mərasiminə də qatılıb. Mərasimdə gənc rəssamlara təşəkkürnamələr təqdim edilib. Səfir, Şəki və Qəbələnin qızlardan ibarət futbol komandaları ilə görüşərək, yoldaşlıq oyununundan qabaq onlara idman ləvazimatları hədiyyə edib.

Bu aksiya səfirliyin qadınların cəmiyyətdəki yerini və gender bərabərliyini təbliğ etmək siyasətinin bir hissəsidir.



Pərvanə Sultanova
Azvision.az






Teqlər: Fransa   Səfir   Şəki  





Xəbər lenti