İran Gorus-Qafana alternativ yolun çəkilişində iştirak edəcək

   İran Gorus-Qafana alternativ yolun çəkilişində iştirak edəcək
  05 Oktyabr 2021    Oxunub:1454
İran Ermənistanın Zəngəzur bölgəsindən (Sünik) Gorus-Qafan yoluna alternativ yolun çəkilişində iştirak edəcək.
Azvision.az xəbər verr ki, bu barədə "Sputnik Ermənistan" İran mətbuatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, İranın yollar və şəhərsalma nazirinin müavini və Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Təşkilatının baş direktoru Xeyrullah Hatəminin başçılıq etdiyi nümayəndə heyəti Tehranın Ermənistanda (Tatev yolu ilə) tranzit yolunun tikintisində iştirakını müzakirə etmək üçün artıq İrəvandadır.

Bundan əvvəl Ermənistan baş nazirinin müavini Suren Papikyan İranın bu ölkədəki səfiri Abbas Bədəxşan Zohuri ilə Gorus-Qafan avtomobil yolundakı vəziyyəti müzakirə etmişdi.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: İran   Ermənistan   Yol  





Xəbər lenti