Masazırda evlərin dövlət xətti ilə kirayəyə verilməsinə başlanılıb

Masazırda evlərin dövlət xətti ilə kirayəyə verilməsinə başlanılıb
  05 Oktyabr 2021    Oxunub:873
İpoteka və Kredit Zəmanət Fondu Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsindəki yaşayış kompleksindən mənzillər alaraq balansına daxil edib.
Fonddan Azvision.az -a verilən məlumata görə, 14 mərtəbəli 3 binadan ibarət olan kompleksdən 1 və 2 otaqlı, tam təmirli mənzillər vətəndaşlara təklif olunur. Onların sahəsi müvafiq olaraq 63 kvm və 87 kvm, aylıq kirayə qiymətləri isə 320 manat və 441 manatdır.

Bütün mənzillər kommunal xidmətlərlə (elektrik enerjisi, təbii qaz və su-kanalizasiya) təmin olunub, sayğaclar quraşdırılıb və mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

Azvision.az



Teqlər: Masazır  





Xəbər lenti