Paşinyanın paslanan helikopteri: Axırıncı dəfə ötən ilin bu günü istifadə edib

  05 Oktyabr 2021    Oxunub :341
      Paşinyanın paslanan helikopteri:   Axırıncı dəfə ötən ilin bu günü istifadə edib
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan yerli mediaya verdiyi açıqlamada ölkə rəhbərliyinin əvvəlki illərdə olduğu kimi Azərbaycan torpaqlarına ayaq basa bilməməsindən gileylənib.
Azvision.az xəbər verir ki, o, baş nazir Nikol Paşinyana lağ edərək daha Qarabağa uça bilmədiyini xatırladıb.

- Nikol Paşinyan sonuncu dəfə bir il əvvəl bu gün, oktyabrın 5-də Qarabağa səfər etmişdi. Bundan sonra azərbaycanlılar Qarabağı geri qaytardılar, müdafiə xəttini keçərək Şuşaya çatdılar... Faktiki olaraq oktyabrın 5-dən sonra o ixtiyarında olan həmin xidməti helikopterdən istifadə etməyib. Məni uzun müddət uçuş keçirməyən həmin helikopterin paslanacağı və ya yararsız hala düşəcəyi narahat edir.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Paşinyan  







Xəbər lenti