"Mədəniyyət əsgərlərinin mübarizəsi davam edir" - Nazir

 "Mədəniyyət əsgərlərinin mübarizəsi davam edir" -  Nazir
  05 Oktyabr 2021    Oxunub:1669
"Qarabağı işğaldan azad etdik, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Ancaq mədəniyyət sahəsində mübarizəmiz hələ də davam edir".
Azvision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib. Nazir bildirib ki, səngərdə qalibiyyət qazanmışıqsa, mədəniyyət sahəsində də bu qalibiyyəti, uğuru davam etdirməliyik:

"Azərbaycan mədəniyyətinin əsgərləri də mədəniyyət xadimləridir. Ermənistanın Azərbaycan mədəniyyətini özününküləşdirmə, mənimsəmə səyləri nəticəsiz qalacaq. Azərbaycan əsrlər boyu zəngin mədəniyyəti ilə məşhur olan bir ölkə olub. Bundan sonra da mədəniyyət işçiləri bu tarixi davam etdirəcək".

Azvision.az


Teqlər: Azərbaycan   Mədənniyyət  





Xəbər lenti