İranın casus şəbəkəsi və Azərbaycandakı "5-ci kalon

 İranın casus şəbəkəsi və Azərbaycandakı "5-ci kalon
  05 Oktyabr 2021    Oxunub:3228
Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb.

Təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb. Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb.
Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür. Azərbaycan-İran münasibətlərində hər dəfə gərginlik yaşananda mediada, ictimaiyyət arasında bir ad da gündəmə gəlir: höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad. Bu da təsadüfi deyil: adam İranın Azərbaycanda fəaliyyət göstərən ən "uzunömürlü" nümayəndəsidir. Ocaqnejad nə az, nə çox - düz 30 ildir Bakıdadır. Bunun özü çox müəmmalıdır və dolayısı ilə onun "xüsusi missiya"sından xəbər verir.

Bu illər ərzində İranın Azərbaycanda neçə səfiri dəyişib, Ocaqnejad isə "dəyişməz"dir. Çünki onun İran hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş vəzifəsi adi diplomatik fəaliyyətdən islam rejimi üçün daha önəmlidir, baxmayaraq ki, pərdələnmək naminə onun özü də diplomat statusu daşıyır. Ocaqnejad onilliklərdir Azərbaycan Respublikasında İran tipli dövlətin qurulması, iranyönümlü sosial bazanın yaradılması və ölkədəki ictimai-siyasi proseslərə təsir olunması yönündə fəal iş aparır.

Bu iş açıq çıxışlar və dini təbliğatla yanaşı, geniş məxfi fəaliyyəti də ehtiva edə bilər. İranın Azərbaycanda xüsusi "təsir kütləsi"nin formalaşdırılması, qatı və radikal iranpərəstlərin "beyin yuyulması" əməliyyatlarına məruz qoyulması, ideoloji təxribatlar, din pərdəsi ilə örtünməyə cəhd edən radikalların dəstəklənməsi - bütün bunlardan Ocaqnejadın xəbəri var, ya yox?

"Yox" cavabı həddən ziyadə sadəlövh təsir bağışlayardı.

Azərbaycanda olduğu və çalışdığı müddətdə o, birmənalı olaraq rəsmi Tehranın ideologiyasının təbliğatı, ölkəmizdə "Hüseyniyyun" və ya "Hüseynçilər" adı ilə aşkar, qatı iranpərəstlərdən ibarət qrupun formalaşdırılmasına böyük "töhvə"lərini verib. Onun dini və diplomatik statusa qətiyyən uyğun gəlməyən bu fəaliyyəti barədə zaman-zaman Azərbaycan mətbuatında yazılar və müsahibələr dərc olunub, İran casuslarının ifşası ilə bağlı işlərdə vaxtaşırı onun adı hallanıb.

Hətta illər öncə Amerikadakı İran müxalif qruplarına bağlı internet saytları Ocaqnejadın Azərbaycanda İslam inqilabını yaymaq missiyasına başçılıq etdiyini və İranın xüsusi xidmət və "Ettelaat" orqanları üçün agentlərin "verbovka"sı, yəni cəlb edilməsi ilə məşğul olduğunu yazmışdılar. Təbii, bunlar iddialar olsa da, ciddi narahatlıq doğurmaya bilməz. Din xadiminin, xüsusilə də İranın mənəvi rəhbərinin təmsilçisinin adının belə işlərdə hallanması xoşagələn hal sayıla bilməz, sayılmamalıdır da.

2011-ci ildə Azərbaycan təhlükəsizlik orqanlarının məsuliyyətə cəlb etdiyi "Cəfəri" adlı radikal dini qrup üzvlərinin İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəliyi tərəfindən maliyyələşdirildiyi və İran Mədəniyyət Mərkəzinin əməkdaşları ilə sıx əlaqədə olduğu açıqlanmışdı. Hər iki qurum Ocaqnejadın rəhbərliyi altında fəaliyyət göstərirdi.

Ocaqnejadın "Cəfəri"lərlə əlaqəsinin olduğunu əsla iddia etmirik, amma yenə də, adın hallanması faktı ortadadır.

Ocaqnejad Azərbaycanda İran Mədəniyyət Mərkəzinin faktiki olaraq yaradıcısı və ilk sədri olub. 1996-cı ildə isə ayətullah Əhməd Sabiri Həmədanidən sonra o, İranın ali rəhbəri ayətullah Xameneyinin Azərbaycandakı nümayəndəsi təyin edilib. Onun bu statusu daim Azərbaycan cəmiyyətində suallar doğurub. Ümumiyyətlə, sual yaranır: İran İslam Respublikasının ölkəmizdə bu formatda və formada dini təmsilçiliyi niyə olmalıdır? Azərbaycanın İranda analoji də olmasa, fəaliyyət müstəvisi baxımından oxşar nümayəndəliyi yoxdur.

"Vilayəti-fəqih" sistemi ilə idarə edilən İrandan fərqli olaraq, Azərbaycan dünyəvi, multikultural və tolerant dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır, vətəndaşların vicdan azadlığı tam təmin olunur, dinlə dövlət arasındakı münasibətləri isə müvafiq rəsmi qurumlar, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi təmin edir.

Tehranla Bakı arasındakı əlaqələr isə ölkələrimizin paytaxtlarında fəaliyyət göstərən səfirliklər vasitəsilə gerçəkləşqdirilir.

Situasiya belədirsə, İranın Azərbaycanda əlahiddə dini nümayəndəsinə zərurət varmı? Üstəlik, həmin nümayəndəliyin rəhbərinin sırf mədəni və ruhani fəaliyyət hüdudlarını aşan siyasi, habelə ideoloji fəaliyyət göstərdiyi iddia olunursa? . Təbii, Azərbaycanın təhlükəsizlik və hüquq mühafizə orqanları cənab Ocaqnejadın ölkədəki fəaliyyətindən yaxşı xəbərdardırlar. Lakin İranın dövlət quruluşunun xüsusiyyətini nəzərə alaraq, ikitərəfli əlaqələrə xələl gətirməmək naminə ona qarşı hər hansı formada sərt sayıla biləcək tədbir görmək indiyədək məqsədəuyğun sayılmayıb.

Azərbaycan İranla sadəcə, qonşu dövlət və həmsərhəd ölkə yox, həm də bir sıra strateji, siyasi, iqtisadi və s. layihələrdə tərəfdaşdır.

Əfsuslar olsun ki, İran hakimiyyətindəki bəlli qüvvələr və hətta yüksək rütbəli hərbçilər son günlər sanki isteriyaya qapılmış kimi davranır, ölkəmizin ünvanına hədələr və ultimativ bəyanatlar səsləndirir, aşkar şəkildə Bakını hədələyirlər. Belə şəraitdə Ocaqnejadın yaranmış gərginliyin çözülməsi istiqamətində hər hansı addım atmaması, susması da təbii ki, qəbuledilməzdir.

Bakıda "Hüseyniyyə məscidi" adlı ibadət məkanını idarə etmək adı ilə İranın "vilayəti-fəqih" ideologiyasını təbliğ etmək, Azərbaycanda İrandakı teokratiyaya rəğbət bəsləyən kütlə formalaşdırmaq yönündəki fəaliyyət məqbul sayıla bilməz. Sadalanan məqamlar artıq yüksək səlahiyyətinə rəğmən da, statusu xadimi olan şəxsin fəaliyyət müstəvisi kimi bəlirlənmiş müstəvidən kənara çıxaraq aşkar propaqanda, təhrik, sövqetmə və daxili işlərə müdaxilədir.

Dini təhsil və qiraətlərə gəldikdə isə, İran mollaları ümumiyyətlə, Azərbaycanda vətəndaşlarımıza nə öyrədə bilər?

Sual ritorik təsir bağışlayır, çünki onların Azərbaycandakı fəaliyyətini hətta siyasətdən və mediadan çox uzaq olan adi vətəndaşlar da bilirlər. Bütün hallarda İranın Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin qarşısı ən sərt şəkildə alınmalı, müvafiq tədbirlər görülməlidir.

Elçin Mirzəbəyli

Azvision.az



Teqlər: İran  





Xəbər lenti