Kanadada helikopter okeana düşüb

  05 Oktyabr 2021    Oxunub :225
Kanadada helikopter okeana düşüb
Britaniya Kolumbiyasının qərb sahillərində yüklərin daşınması üçün nəzərdə tutulan “Kaman K-MAX” markalı helikopter qəzaya uğrayaraq Sakit Okeana düşüb.
Azvision.az xəbər verir ki, bu barədə CBC telekanalı Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasına istinadən məlumat yayıb. Hadisə Corciya boğazında Seşelt qəsəbəsindən 40 kilometr şimalda baş verib.

Helikopterdə yalnız pilot olub. Onun axtarışları davam edir. Qəzanın başvermə səbəbləri barədə hələlik məlumat verilməyib.

Hadisə Corciya boğazında Seşelt qəsəbəsindən 40 kilometr şimalda baş verib. Helikopterdə

Azvision.az

Teqlər:







Xəbər lenti