"Böyük axmaqlıqdır" - İsrail səfirindən İranla bağlı açıqlama

      "Böyük axmaqlıqdır"    - İsrail səfirindən İranla bağlı açıqlama
  05 Oktyabr 2021    Oxunub:2596
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi İsrail hərbçilərinin Qarabağda olması haqqında iddiaları “böyük axmaqlıq” və fantaziya adlandırıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səfir məsələ ilə bağlı sualı cavablandırarkən "Hesab edirəm ki, bu böyük bir axmaqlıqdır,- deyib,- Çünki Dağlıq Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiya, həm də Türkiyə hərbçiləri var. Düşünürəm ki, fantaziyaları güc gələndə hətta marslıların da orada olduğunu deyə bilərlər".

Qeyd edək ki, İran və Ermənistan rəhbərliyi Azərbaycanı İsrail hərbçilərini Qarabağa yerləşdirməsi ilə bağlı ittiham edirlər.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti