İran Türkiyə ilə sərhədi birtərəfli qaydada bağlayıb - VİDEO

   İran Türkiyə ilə sərhədi birtərəfli qaydada bağlayıb -    VİDEO
  06 Oktyabr 2021    Oxunub:2172
İran Türkiyə tərəfinə heç bir xəbərdarlıq etmədən Kapıköy sərhəd-keçid məntəqəsini birtərəfli qaydada bağlayıb.
Azvision.az xəbər verir ki, rəsmi Tehran sərhədin bağlanmasına səbəb kimi koronavirus infeksiyasına yoluxanların sayının artmasını göstərib.

Qeyd edək ki, Türkiyə və İran sentyabrın 16-dan etibarən sərhədlərini qarşılıqlı şəkildə açmışdı. Keçid PCR testi vermiş və vaksin pasportuna malik şəxslər üçün mümkün idi.



İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İran   Türkiyə  





Xəbər lenti