Enerji mənbələrinin mübarizəsi: "Yaşıl", yoxsa "qara"?! - İqor Yuşkov ilə müsahibə

  11 Oktyabr 2021    Oxunub :475
  Enerji mənbələrinin mübarizəsi:  "Yaşıl", yoxsa "qara"?! -   İqor  Yuşkov ilə müsahibə
Avropda qazın qiymətləri sərt dönüşlərilə ciddi suallar doğurur. Paralel olaraq, elektrik də bahalaşır, benzin isə üstəlik, qıtlaşır da. Ümumilikdə enerjidaşıyıcılarının qiymətində bu il 250% artım olub. Bütün bunlar nə ilə bağlıdr? AzVision.az Rusiya höküməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi fondunun aparıcı analitiki İqor Yuşkov ilə söhbətləşib.
Mövzu ilə bağlı digər yazılar:
Avropada qaz böhranı: Niyə başladı, necə qurtaracaq
"Mavi" ilə "yaşıl"ın arasında: Avropada qaz böhranının iki tərəfi


- 2021-ci il başlayandan Avropada qaz bahalaşır. Fundomental səbəb qazın Asiyada hələ də baha olmasıdır. Koronavirusdan sonra iqtisadiyyatını hamıdan qabaq bərpa edən Çinin enerji ehtiyacı da fəal surətdə artır. Çində qazdan istifadənin kəskin artması Asiyada da yanacaq qıtlığı yaradır və bu səbəbdən, qazın qiymət qalxır. Nəticədə biz Avropa və Asiya bazarları arasında qiymət arbitrajı situasiyası ilə üzləşirik: STQ (sıxılmış təbii qaz) istehsalçıları iki bazardan birini, yəni daha çox qazandıranı seçirlər. Yekunda STQ Asiya bazarlarına gedir, çünki orada da qiymətlər yüksəkdir. Bu da bütövlükdə Avropada STQ və təbii qaz qıtlığı yaradır.
Sentyabr ayında bu fundamental faktora psixoloji amillər də əlavə olundu ki, qazın birja qiymətlərində bu da önəmlidir. Avropa YQA-larında (yeraltı qaz anbarları) qazın səviyyəsinin son illərə nisbətən aşağı olması haqda xəbərlər təsirsiz ötüşmədi.


Bundan başqa, “Qazprom” sentyabrdan başlayaraq Ukraynadan keçərək Avropaya gedən qaz ixracını məhdudlaşdırdı. O bütün 2021-ci il ərzində tranzit müqaviləsini yerinə yetirərək, sutkada 109 milyon kub metr qaz göndərdi və üstəlik aybaay gerçəkləşən hərraclarda sutkada 10-15 milyon kubmetr həcmində əlavə qaz göndərməyi də öhdəsinə götürdü. Ancaq sentyabr-oktyabr aylarında artıq bu hərraclarda iştirak etmədi.

- Pandemiya sürətli enerji keçidinin zərurəti – mədən yanacağının bərpa olunan enerji mənbələri (BOEM) ilə əvəzlənməsi haqda mübahisələri kəskinləşdirib. 2020-ci ildə neft və qaza olan tələbatın aşağı düşməsi isə karbohidrogen erasının bitəcəyi ilə bağlı çoxlu proqnozlar doğurub. Onlardan bir neçəsində, misal üçün, Fransanın TOTAL şirkətinin proqnozunda deyilir ki, neftə tələbat cari onilliyin sonunda azalmağa başlayacaq, BP (British Petrolium) isə bunun yalnız 2040-cı ildən sonra baş verəcəyini gözləyir. Neft və qaz epoxası bitdikdə dünya BOEM-ə keçməyə hazırdırmı?

- Bəli, pandemiyanın qızğın vaxtlarında hətta “neft zirvəsi"nin aşıldığı və dünyanın bir də heç vaxt 2019-cu ildəki qədər neft istehlak etməyəcəyi haqda danışırdılar. Ancaq gördüyümüz kimi, belə olmadı. Dünyanın bir çox ölkələrində karbohidrogenə olan tələbat bərpa olunur və güman ki, 2019-cu il səviyyəsindən yuxarı qalxacaq. Odur ki, karbohidrogen əsrinin sonu haqda danışmaq hələ ki tezdir. Lakin Aİ və Çin karbonsuzlaşdırma proqramı çərçivəsindəki hədəflərindən imtina etməyiblər.
Karbonsuzlaşdırma proqramının ilkin hədəflərinin müəyyən olunmuş müddətlər ərzində həyata keçirilməsinin çətinliyi bəllidir (Aİ 2050-ci ilə nəzərdə tutur), çünki birdəfəyə indikindən qat-qat böyük investisiyalar qoyulması tələb olunur. Bu o deməkdir ki, enerji istehlakçılarına düşən yük artmalıdır. Hazırda biz qaz və kömürün bahalaşması səbəbindən enerji qiymətlərinin yüksəlməsinə qarşı sosial narazılığın da xeyli artdığını görürük. Bəs karbonsuzlaşdırma səbəbindən enerji dəfələrlə bahalaşanda nələr olacaq? Axı BOEM çox bahalı enerjidir və iqtisadiyyatda ənənəvi yanacaq enerjisinə uduzur. Buna görə, karbonsuzlaşdırma kursunun saxlandığını müşahidə etsək də, bu prosesin bütün iştirakçıları qarşıya qoyulan hədəfə çatmağın iqtisadi və siyasi baxımdan da nə qədər ağır olduğunu getdikcə daha aydın dərk edirlər.
Avropada “qaz böhranı”: Niyə yarandı, nə ilə bitəcək – Ekspert

- Lakin Avropa “yaşıl enerjiyə” keçid ideyasını sərt şəkildə, tələm-tələsik irəli aparmağa çalışır, sanki ənənəvi enerjini Avropa ölkələrindən qəsdən sıxışdırıb çıxarmaq istəyir. Bu tələskənlik nə üçündür? Axı bu, balansı pozur...

- Avropalılar karbonsuzlaşdırmaya formal olaraq planeti məhv olmaqdan, daha dəqiqi, bəşəriyyəti ölümdən xilas etmək üçün tələsirlər. Ancaq adi adamlar da görür ki, son zamanlar planetin qurtuluşundan danışanlar getdikcə azalır, iqlim mövzusu çərçivəsində aparılan söhbətlər daha çox iqtisadi məsələlərlə müşayiət olunur. Ən çox karbon vergisinin tətbiqindən, karbon qazının izlənməsindən və s.-dən danışırlar. Nəticə etibarilə görürük ki, bəşəriyyətin xilası haqqındakı hekayə beynəlxalq ticarətin dəyişdirilməsinə xidmət edir. Əvvəlcə Aİ başqa ölkələrdə istehsal olunan məhsullarda karbon qazı izləri axtaracaq (konkret malın istehsalı zamanı atmosferə nə qədər karbon qazı buraxılır), ondan sonra bu həcmə uyğun karbon vergisi tutacaq.
Belə çıxır ki, kimdə enerji ucuzdursa, qaz və ya kömürlə çalışan elektrik stansiyalarından istifadə edirsə, məhsul ona ucuz başa gəlir. Bu isə rəqabət üstünlüyünü təmin edir. BOEM-dən istifadə edənlərə enerji baha başa gəldiyindən, malların maya dəyəri də yüksək olur. Karbon vergisi dünya ticarətindəki bu situasiyanı tərsinə çevirəcək. BOEM rəqabətdə üstünlüyü təmin edəcək, çünki ona görə karbon vergisi ödəmək lazım deyil. Klassik ucuz enerji isə yük olacaq, çünki karbon vergisi verməyə məcbur olacaq. Buna görə, avropalı istehsalçılar eyni məhsulları istehsal edən asiyalılara rəqabətdə üstün gələcəklər. Avropalıların qlobal ticarətdə özlərinə imtiyazlar verən belə bir sistemi yaratmağa tələsmələrinin əsas səbəbi budur.

- BOEM-ə keçid nəhəng investisiyalar tələb edir. Belə fikir var ki, bunu ancaq yüksək inkişaf etmiş ölkələr həyata keçirə bilər. 2020-ci ilin iqtisadi böhranından sonra bu vəsait haradan götürüləcək?

- Bəli. Enerji keçidi varlı ölkələr üçün transformasiya tarixidir. Bu situasiya sırf insani baxımdan da diqqətəlayiqdir. Belə çıxır ki, inkişaf etmiş ölkələr odun və kömürdən neftə və qaza qədər yol keçiblər, indi də BOEM-ə gedirlər. İnkişaf etməkdə olan ölkələrə isə deyirlər: siz eyni şeyi edə bilməzsiniz və dərhal BOEM-ə keçməlisiniz, əgər buna pulunuz yoxdursa, onda bağışlayın, bu heç kimin vecinə deyil. Avropalılarda və ABŞ-da ən azından keçidin indiki sürətlə davam etdirilməsi üçün pul var. Onlar beynəlxalq maliyyə qurumlarını da buna kökləyirlər; artıq klassik enerjiyə kredit almaq çətin və yüksək faizlərlə mümkün olacaq. BOEM isə krediti prioritet qaydada və aşağı faizlə alacaq. Belə çıxır ki, klassik enerji BOEM-ə subsidiya verəcək.

- “Yaşıl enerji” neft və qaza qalib gələ bilərmi?

- Yaxın onilliklərdə hər hansı enerji mənbəyinin tam dominantlığını görəcəyimizi düşünmürəm. Enerji növləri arasında çox güclü rəqabət dövrü olacaq. Yanacaq, atom, BOEM və s. enerjilər arasında seçim imkanları olacaq.

Seymur Məmmədov
Nadir Quliyev

Azvision.az

Teqlər:   Qaz   Enerji   Energetika  







Xəbər lenti