İRNA İran konstitusiyasına qarşı çıxır?
İranın dövlət informasiya agentliyinin erməni nazirə verdiyi suallarda müasir İran dövlətçiliyinin fundamental ehkamlarına qarşı çıxması maraq doğurur. Azərbaycana və Qarabağ münaqişəsinə münasibətdə Tehranın dini həmrəyliyinin 30 il ərzində özünü heç cür göstərmədiyi Bakıda dəfələrlə vurğulanıb. Lakin dövlət agentliyi səviyyəsində və üstəlik Ermənistan XİN-in başçısı ilə söhbətdə islam həmrəyliyini Cənubi Qafqaza, yəni regionun yeganə müsəlman dövləti Azərbaycana tətbiq etmədiyini İran ilk dəfə açıq şəkildə boynuna alıb.
Qeyd edək ki, bu cür xəbərlər İran ilə Azərbaycan arasında münasibətlərin son dərəcə kəskinləşməsi, İranın Araz çayı sahilində hərbi təlimlərə başlaması və Bakının ünvanına çoxsaylı “sionizmi dəstəkləmə” ittihamları səsləndirməsi fonunda yayılır.
Nadir Quliyev
Azvision.az
Teqlər: İran İrna-agentliyi İran-konstitusiyası müsəlman-həmrəyliyi