Lavrov iranlı həmkarı ilə "3 +3" formatını müzakirə edib

 Lavrov iranlı həmkarı ilə  "3 +3"   formatını müzakirə edib
  06 Oktyabr 2021    Oxunub:765
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdollahianla "3+3" platformasının yaradılması təşəbbüsünü müzakirə edib.
Azvision.az bu barədə "TASS"a istinadən xəbər verir.

Qeyd olunub ki, Lavrov Abdollahianla Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanla əməkdaşlığı nəzərdə tutan "3+3" platformasının yaradılması ideyasını müzakirə edib.

O, Qarabağ münaqişəsinin dayandırılmasında, Azərbaycan, Rusiya və Ermənistan liderləri səviyyəsində üçtərəfli razılaşmanın imzalanmasında Moskvanın həlledici rol oynadığını, buna uyğun olaraq rus sülhməramlılarının bölgəyə yerləşdirilidyini söyləyib:
"Əlavə olaraq, birgə bəyanatda nizamlanmanın irəliləməsi üçün ortaq addımları müəyyən edən prinsiplər, o cümlədən bütün nəqliyyat, iqtisadi əlaqələrin blokdan çıxarılması əksini tapıb. Bunun nəinki Ermənistan və Azərbaycana, həm də Gürcüstana faydası olacaq. İran, Rusiya və Türkiyə bu üç respublikanın ən yaxın qonşuları olaraq bundan faydalanacaqlar. Biz bu gün üç Qafqaz ölkəsi və onların üç böyük qonşusu - Rusiya, İran və Türkiyənin əməkdaşlığını nəzərdə tutan “3 +3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik”.


Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   İran  





Xəbər lenti