“İran kəşfiyyatı Rusiya hərbi bazasını nəzarətə götürüb” – Ekspert

  06 Oktyabr 2021    Oxunub :2898
   “İran kəşfiyyatı Rusiya hərbi bazasını nəzarətə götürüb” –    Ekspert
Gümrüdə İran vətəndaşları tərəfindən intensiv şəkildə evlərin kirayəyə götürülməsi hallari müşahidə edilir. Bu haqda AzVision.az-a hərbi ekspert Ədalət Verdiyev məlumat verib.
Azərbaycan Prezidenti İranla münasibətlər çərçivəsində növbəti humanist addım atıb
Ekspert İran vətəndaslarının Gümrüyə xüsusi marağının səbəbi araşdırmağa çalışıb.
- Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, onların bir qismi Rusiyaya qarşı casusluqla məşğuldurlar. Həmin evlərdən Rusiyanın 102-ci hərbi bazasi istiqamətindəki yol rahat müşahidə edilir. Odur ki, bu evlərdə yaşayan İran vətəndaşlarının Rusiya bazasına gətirilən və ya oradan çıxarılan maddi vəsaitləri izləyərək, qeydə almaq imkanına malik olduqları şübhəsizdir,- Verdiyev vurğulayıb.

Onun sözlərinə görə, İranın xüsusi xidmət orqanlarının əməliyyatçıları rus hərbiçilərə xidmət edən erməni qadınlarından da casusluq məqsədilə istifadə edirlər.

“Qısamüddətli maraq kəsişmələrinə baxmayaraq, İran Rusiyanı Qafqazda öz strateji rəqibi kimi görür. İranın xüsusi xidmətlərinin Gümrüdə fəallığı sistematik şəkildə həyata keçirilir və istisna olunmur ki, həmin qruplar tərəfindən yaxın zamanda Rusiyaya qarşı təxribatlar törədilə bilər”,- hərbi ekspert vurğyayıb.

Samir
Azvision.az


Teqlər: İran   Rusiya  







Xəbər lenti