Azərbaycan qeyri-neft ixracını 41% artırıb

  06 Oktyabr 2021    Oxunub :220
Azərbaycan qeyri-neft ixracını 41% artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixracının dəyəri 14,6 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 1,8 milyard dollar təşkil edib.
Bu barədə Azvision.az -a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 40,9% artıb. 9 aylıq qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon dollarla əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ixrac 1,7 milyard dollaı təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə 224,7 milyon dollar olub. 2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq 46,2 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq 178,5 milyon dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft   İxrac  







Xəbər lenti