Koronavirusun "delta" ştamı 192 ölkədə yayılıb

Koronavirusun "delta" ştamı 192 ölkədə yayılıb
  06 Oktyabr 2021    Oxunub:664
Koronavirusun “delta” ştamı son bir həftə ərzində coğrafiyasını 192 ölkə və əraziyə qədər genişləndirib.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemiya ilə bağlı bülletenində deyilir.

Bildirilir ki, “Alfa”, “beta, “qamma” və “delta” ştamları ekspertlər tərəfindən, "narahatlıq doğuran variantlar" kateqoriyasına aid edilib. "SARS-CoV-2 virusunun variantlarının aşkar edilməsi üzrə fəaliyyətin, genomun sıralama qabiliyyətinin genişlənməsi də daxil olmaqla, milli və beynəlxalq səviyyələrdə fəallaşdığına görə, narahatlıq doğuran variantların mövcudluğunu bildirən ölkələrin, bölgələrin və ərazilərin sayı artmaqda davam edir. “Delta” ştamı 2020-ci ilin oktyabrında Hindistanda aşkar edilib.

Azvision.az


Teqlər: COVİD-19  





Xəbər lenti