Azərbaycanda daha 1009 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

  06 Oktyabr 2021    Oxunub :252
   Azərbaycanda daha 1009 nəfər koronavirusa yoluxub,    12 nəfər ölüb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1009 yeni yoluxma faktı qeydə alınıb, 1378 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 488 213 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 468 421 nəfər müalicə olunaraq sağalıb, 6611 nəfər vəfat edib, aktiv xəstə sayı 13 181 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9828, ötən müddət ərzində isə ümumilikdə 4 912 156 test aparılıb.

Azvision.az

Teqlər: Koronavirus  







Xəbər lenti