Ermənistan yeni AES-in tikintisi üçün danışıqlara başlayıb

   Ermənistan yeni AES-in tikintisi üçün danışıqlara başlayıb
  06 Oktyabr 2021    Oxunub:849
Ermənistan hökuməti yeni Atom Elektrik Stansiyasının (AES) inşası ilə bağlı Rusiyanın mədən şirkəti “Qeopromayninq”lə danışıqlar aparır.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

“Mis əritmə zavodunun inşası üçün investisiya öhdəlikləri götürən “Qeopromayninq” şirkəti ilə yeni AES-in inşası ilə bağlı danışıqlara başladıq. Əlbəttə ki, hökumətin bu prosesdə iştirakı aktiv olmalıdır, çünki AES tamamilə şəxsi təşəbbüs ola bilməz”.

Ermənistanın Baş naziri əlavə edib ki, mis əritmə zavodu və yeni nüvə elektrik stansiyasının inşasına 2025-ci ilin iyun ayından əvvəl başlanacaq.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti