ABŞ-da atışma törədən şəxs saxlanılıb

ABŞ-da atışma törədən şəxs saxlanılıb
  06 Oktyabr 2021    Oxunub:608
ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə atışma törədən şəxs saxlanılıb.
Bununla bağlı məlumatı Arlinqton polisi Twitter-də yayıb.

"Şübhəli insident olmadan nəzarətə alınıb. O, silahlı hücumda ittiham olunur", -deyə polisin məlumatında bildirilir.

Qeyd edək ki, atışma nəticəsində 4 nəfər yaralanıb. Polis atışmaya tələbələr arasında baş verən davanın səbəb olduğunu düşünür. Atəş açmaqda şübhəli bilinən şəxs 18 yaşlı Timoti Simpkins olub və O, hadisəni törədəndən sonra avtomobillə qaçıb.

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti