Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb

  07 Oktyabr 2021    Oxunub :226
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb
Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində Gürcüstan və Türkiyəndən olan həmkarları ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafı məsələsini müzakirə edib.
Azvision.az xəbər verir ki, bunu Rəşad Nəbiyev "Twitter" hesabında qeyd edib.

"Qardaş Türkiyədə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edirik. Tədbir çərçivəsində keçirilmiş toplantıda Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli görüşün protokolu imzalandı", - deyə R.Nəbiyev əlavə edib.

Azvision.az

Teqlər: Dəmir-Yolu   BTQ  







Xəbər lenti