ABŞ-da yeni növ robot yaradılıb - VİDEO

ABŞ-da yeni növ robot yaradılıb -  VİDEO
  07 Oktyabr 2021    Oxunub:2662
ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun mühəndisləri LEONARDO (LEO) adlı robot-dronun prototipini hazırlayıblar. Azvision.az xəbər verir ki, bu barədə "Gizmodo" məlumat yayıb.
Mühəndislərin fikrincə, LEO nəinki normal iki ayaqlı robot kimi yerdə gəzə bilər, həm də problemsiz uçuşlar həyata keçirmək qabiliyyətinə də malikdir. Bununla da o uçan robot- dron funksiyasını yerinə yetirəcək.

“Xiaomi” robot it düzəldib
Yaxın illərdə LEO-nun tam versiyasının əlçatmaz yerlərdə zədələnmiş infrastrukturu yoxlamaq və təmir etmək, yeni avadanlıqlar quraşdırmaq və ya təbii fəlakət zonalarında müəyyən əməliyyatlar keçirməkdə sınanacaq. Bu isə yaxın gələcəkdə insanlar üçün mürəkkəb və ya təhlükəli sayılan işlərin, xüsusən də istehsalat qəzalarınını aradan qaldırılmasının robot-dronlar tərəfindən yerinə yetiriləcəyi anlamına gəlir.



Ehtimal edilir ki, LEO -ya bənzər bir robot, hətta Mars səthində müəyyən avadanlıqları da daşıya bilər.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Robot   Mühəndis   ABŞ  





Xəbər lenti