Türkiyə Krım platformasına dəstəyini davam etdirəcək - Çavuşoğlu

Türkiyə Krım platformasına dəstəyini davam etdirəcək -  Çavuşoğlu
  07 Oktyabr 2021    Oxunub:579
"Türkiyənin Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstək tam və sarsılmazdır".
Azvision.az xəbər verir ki, bunu Türkiyəninn xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Ankara Krım platformasına dəstəyini verib: “Türkiyə bundan sonra da əlindən gələn dəstəyi verməyə davam edəcəyik. Donbas məsələsi, Ukraynanın ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. ATƏT-in bununla bağlı missiyasını dəstəkləyirik".

Xatırladaq ki, platforma Krımın işğalına son qoymaq üçün yaradılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Ukrayna  





Xəbər lenti