Finlandiya "Moderna" vurmağı dayandırır

Finlandiya "Moderna" vurmağı dayandırır
  07 Oktyabr 2021    Oxunub:712
Finlandiya 1991 -ci il təvəllüdlü və ondan sonra doğulan kişilər üçün "Moderna" şirkətinin koronavirus əleyhinə peyvəndini vurmağı dayandırır. Buna səbəb vaksinin miokardit kimi yan təsirləri yaratmasıdır.
Azvision.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Məlumatın doğruluğunu ölkənin Səhiyyə və Sosial Təminat İnstitutu təsdiqləyib.

İsveç və Danimarkanın səhiyyə işçiləri də gənclər və uşaqlar üçün "Moderna" peyvəndindən istifadənin dayandırıldığını bəyan ediblər.

Finlandiya Sağlamlıq İnstitutunun sözçüsü Mika Salminen məsələ ilə bağlı deyib:

"Finlandiya, İsveç, Norveç və Danimarkanı əhatə edən bir Skandinaviya araşdırması, "Moderna Spikevax"dan vurduran 30 yaşın altındakı kişilərdə miokarditin inkişaf riskinin bir qədər yüksək olduğunu göstərdi".

Onun sözlərinə görə, ürək əzələsinin iltihabı prosesi bir neçə gün ərzində gedir. Salminen əlavə etib ki, Finlandiyada 30 yaşdan aşağı gənclərə "Pfizer" peyvəndi vurulacaq.

Eyni zamanda "Moderna" şirkəti də İsveç və Danimarka araşdırmaçılarının qərarından xəbərdar olduğunu söyləyib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Peyvənd   Finlandiya  





Xəbər lenti