"Şəkər tozu qızıl qiymətinə satılır"- Ermənistan mediası

   "Şəkər tozu qızıl qiymətinə satılır"-   Ermənistan mediası
  07 Oktyabr 2021    Oxunub:1295
Ermənistanda şəkər tozunun qiyməti durmadan artır. Azvision.az xəbər verir ki, yerli media gündəlik istifadə olunan ərzaq növlərindən sayılan şəkər tozunun az qala qızıl qiymətinə satılmasından yazıb.
- Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində şəkərin qiyməti 31,1%, sentyabrda isə avqustla müqayisədə 5,5 bahalaşıb. Bu gün bir kiloqram şəkər tozu Ermənistan supermarketlərində 450-470 drama satılır. Qiymətlər firmalar üzrə dəyişir də. Məsələn, "Maranik" firmasının kiloluq qutularda olan şəkər tozunun qiyməti 980 dramdan 1100 dramadək dəyişir. "Qızıl dəyirman"ın kiloluq məhsulu isə 680 dramadır.

Qeyd edək ki, Ermənistanda müharibədən sonra duru yağ və şəkər bazarında xaos hökm sürür. Yerli medianın yazmasına görə şəkər tozunun qiyməti nəinki hər zaman bahalaşır, hətta əksər mağazalar bu məhsulu iri tutumlu torbalarda belə satmaqdan imtina edirlər.

Yeri gəlmişkən, Rəqabətin Müdafiə Komissiyası da öz növbəsində sentyabr ayı üçün şəkər tozu bazarı ilə bağlı monitorinq aparıb. Qurum böyük ticarət mərkəzlərində sözügedən məhsulun pərakəndə satış qiymətlərində təxminən 20 dram artımın olmasını qeydə alıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Şəkər-tozu   Ermənistan   Qiymət  





Xəbər lenti