Türkiyə İran yük maşınları üçün sərhədi bağladı

 Türkiyə İran yük maşınları üçün  sərhədi bağladı
  07 Oktyabr 2021    Oxunub:2826
Türkiyə İran yük maşınları üçün bütün sərhəd keçid məntəqələrini bağlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” yə İranla Ticarətin İnkişafı Assosasiyasının rəhbəri Özcan Alaş bildirib.

Onun sözlərinə görə, qərar Türkiyə yük maşınlarının İrana keçməsinə qoyulan qadağaya cavab olaraq qəbul edilib.

“İran və Türkiyə arasındakı ticarət dövriyyəsi İran və Azərbaycan sərhədindəki gərgin vəziyyətə görə tamamilə dayandırılıb", - o əlavə edib.

Ö.Alaş deyib ki, bu vəziyyət Tehranla Ankara arasında koronavirus pandemiyası səbəbindən onsuz da azalan ticarət dövriyyəsinə mənfi təsir göstərə bilər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Türkiyə  





Xəbər lenti