Balakən “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri keçirilib

Balakən “ASAN xidmət” mərkəzində  “Birlikdə yaşadaq” tədbiri keçirilib
  07 Oktyabr 2021    Oxunub:907
Bu gün Balakən regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.
Azvision.az xəbər verir ki, tədbir çərçivəsində mərkəzdə “ASAN xidmət“ könüllüləri tərəfindən hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.

Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, müxtəlif idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.



Tədbirin keçirilməsinin məqsədi sərgi-satışdan toplanmış məbləğin “YAŞAT” Fonduna köçürülməklə şəhid ailələrinə və yaralananlara dəstək olmaqdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.









Azvision.az


Teqlər: ASAN  





Xəbər lenti