Ermənistanda şəhər meri dövləti talayıb

  07 Oktyabr 2021    Oxunub :243
   Ermənistanda şəhər meri dövləti talayıb
Ermənistanın Çaxkadzor kurort şəhərinin meri dövlətə 74 milyon dramdan çox (150 min dollar ) ziyan vurub.

Azvision.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. Polisin yaydığı məlumatda bildirilib ki, 2018-2020-ci illərdə şəhər meri Artur Arutyunyan torpaq sahələrini bazar qiymətindən bir neçə dəfə ucuz satıb, eyni zamanda sənədləri saxtalaşdırıb.
2020-ci ildə kazino sahiblərindən birinin bələdiyyə torpağının 810 kvadrat metrində avtomobil dayanacağı tikməsinə mane olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Arutyunyan 2016 -cı ildən Çaxkadzor meri vəzifəsində çalışır.

Azvision.az

Teqlər: Ermənistan   Mer  







Xəbər lenti