Bakı Zooloji Parkı əvvəl və sonra - FOTOLAR

  07 Oktyabr 2021    Oxunub :1067
   Bakı Zooloji Parkı əvvəl və sonra -    FOTOLAR
Bu gün Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub. Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.
Azvision.az xəbər verir ki, Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılan zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb.

1985-ci ildə torpaq sürüşməsindən sonra Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə olub.



IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb.

Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.



Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.

Zooloji Parkın yenidənqurmadan əvvəl və sonrakı vəziyyətini əks etdirən fotoları təqdim edirik:

















Digər şəkillərə fotolentdə baxa bilərsiniz:

Azvision.az

Qalereya


Teqlər: BakıZoolojiParkı  







Xəbər lenti