Kaliforniyada təzyiqlər görən Mask Texasa köçdü

   Kaliforniyada təzyiqlər görən Mask Texasa köçdü
  08 Oktyabr 2021    Oxunub:1970
"Tesla"nın icraçı direktoru İlon Mask şirkətin mənzil-qərargahının Kaliforniyadan Texasa köçürdüyünü bəyan edib. Azvision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mask bu xəbəri elektromobil istehsalçılarının səhmdarlarının Austində keçirilən illik yığıncağında açıqlayıb.

Onun sözlərinə görə, Kaliforniyada- Fremontdakı zavod "sıxıntı yaşayıb". İş adamı onu da bildirib ki, Kaliforniya şirkət işçilərinin əlverişli mənzil tapması üçün əlverişsiz yer sayılır.

İlon Maskın sərvəti 200 milyard dolları keçib
Qərargahın yerinin dəyişməsinə baxmayaraq Mask şirkətin Kaliforniya və Nevada fabriklərində istehsalı 50 faiz artırmağı planlaşdırdığını söyləyib.

Xatırladaq ki, son illərdə İlon Mask Kaliforniya ilə bağlı xoşagəlməz hallar yaşayırdı. Məşhur iş adamı may ayında "Tesla"nın Fremont fabrikinin bağlanması ilə bağlı gələn göstərişə görə yerli siyasətçilərlə mübahisələrlə gündəmə gəlirdi.

Qeyd edək ki, "Tesla" Texasa köçən ilk böyük şirkət deyil. 2020 -ci ildə "Oracle Tech Center" də Silikon Vadisindən Austinə köçəcəyini elan etmişdi. Məşhur texnologiya şirkəti HP və avtomobil istehsalçısı Toyota da ABŞ -dakı qərargahını Kaliforniyadan Texasa köçürüb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   İlon-Mask   ABŞ   Tesla  





Xəbər lenti