Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənilib

  08 Oktyabr 2021    Oxunub :206
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.
Fondun mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Bu məlumat güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılara şamil olunmur.

Azvision.az

Teqlər: Pensiya  







Xəbər lenti