Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşır

  08 Oktyabr 2021    Oxunub :183
Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşır
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,21 dollar artaraq 83,16 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,26 dollar bahalaşaraq 79,56 dollar olub.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,64 ABŞ dolları və ya 0,77% artaraq 83,81 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft  







Xəbər lenti