Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

  08 Oktyabr 2021    Oxunub :183
   Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Azvision.az -ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət sentyabrın 1-də başa çatmışdı.

Azvision.az

Teqlər: Tibb-işçisi  







Xəbər lenti