Goranboyda baş mühasib direktoru iş otağında öldürüb - YENİLƏNİB

 Goranboyda baş mühasib direktoru iş otağında öldürüb -  YENİLƏNİB
  08 Oktyabr 2021    Oxunub:1952
Prokurorluq Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən qətl hadisəsi barədə məlumat yayıb.
Goranboy rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Qətl  





Xəbər lenti