Əfqanıstanda məsciddə partlayış olub, onlarla ölən var

Əfqanıstanda məsciddə partlayış olub,    onlarla ölən var
  08 Oktyabr 2021    Oxunub:740
Əfqanıstanın Kunduz əyalətindəki məsciddə baş verən partlayış nəticəsində azı 30 nəfər ölüb, 70 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti”i hadisə şahidlərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, qurbanların əksəriyyəti şiələrdir. Yaralılar xəstəxanaya yerləşdirilib. Hələlik partlayışın məsuliyyətini üzərinə götürən yoxdur.

Xatırladaq ki, bu yaxınlarda Əfqanıstanda daha iki terror hadisəsi törədilib. Kabildəki İdgah məscidindəki partlayışda 12 nəfər ölüb, 32 nəfər yaralanıb. Dini məktəbdəki partlayışda isə 7 nəfər ölüb, 15 nəfər yaralanıb. Hər iki partlayışı "İŞİD" yaraqlıları törədib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti