Çətin ki, bir də müharibə olsun - Ohanyan

  Çətin ki, bir də müharibə olsun -  Ohanyan
  08 Oktyabr 2021    Oxunub:2090
Müharibə təhlükəsi həmişə var, amma yaxın gələcəkdə çətin ki, bu baş versin. Ermənistanın sabiq müdafiə naziri, «Hayastan» müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan parlamentdə çıxışında belə deyib. Azvision.az erməni mediasına istinadən xəbər verir ki, Ohanyan bölgədə müəyyən təhlükələr olduğunu, amma bunun Ermənistan hakimiyyəti tərəfindən lazımi səviyyədə təhlil edilmədiyini bildirib.
- Real qiymətmətləndirmə aparmaq, hərbi əməliyyatların başlayacağı barədə nəticələr çıxarmaq üçün Təhlükəsizlik Şurasının, Müdafiə nazirliyinin və Baş Qərargahın məlumatlarına sahib olmalısan. Düşünürəm ki, müharibə təhlükəsi həmişə var, amma hesab edirəm ki, yaxın gələcəkdə və indiki vəziyyətdə bu real deyil,-Ohanyan vurğulayıb.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Ohanyan   müharibə  





Xəbər lenti