"Bakı-Tbilisi-Qars layihəsi qlobal əhəmiyyətlidir" - Ərdoğan

"Bakı-Tbilisi-Qars layihəsi qlobal əhəmiyyətlidir" -  Ərdoğan
  08 Oktyabr 2021    Oxunub:1260
Bakı-Tbilisi-Qars dəmir yolunun qlobal əhəmiyyəti getdikcə artır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nəqliyyat və Rabitə üzrə Şuranın iclasında sözügedən layihənin əhəmiyyətini belə qiymətləndirib.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbəbr verir ki, Rəcəb Tayyib Ərdoğan "nəqliyyat və rabitə sahəsində nəhəng işlərin aparıldığını" və çoxlu müsbət dəyişikliklərin baş verdiyini deyib.

“Bakı-Tbilisi-Qars layihəsi sayəsində Qərbi Avropa ilə Asiyanın ən uzaq rayonları arasında fasiləsiz dəmir yolu əlaqəsi yaranıb. Malik olduğumuz resurslar hesabına biz bu imkanları genişləndiririk. Biz istəyirik ki, bu layihələrdən hamı mənfəət götürsün”,-Türkiyə prezidenti vurğulayıb.

Azvision.az


Teqlər: Ərdoğan   BTQ  





Xəbər lenti