Ermənistan İstintaq Komitəsinin sədri "medalları" ilə gündəm oldu

  09 Oktyabr 2021    Oxunub :329
   Ermənistan İstintaq Komitəsinin sədri  "medalları"  ilə gündəm oldu
Ermənistan İstintaq Komitəsinin sədri, Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Arqişti Kərəmyan yenidən ölkə mətbuatının gündəminə çevrilib. Azvision.az xəbər verir ki, Kərəmyan anormal geyimi və medallarına görə ictimaiyyətin tənqidinə tuş gəlib.
Politoloq Qaqik Ambaryan erməni cəmiyyətinə sual edib ki, “çoxfunksiyalı” məmur kimi tanınan Kərəmyan bu qədər medalları niyə və ən əsası nə vaxt alıb? Kimsə bu medalların hansı səbəbdən verildiyini izah edəcəkmi?”.

İctimai fəal Alen Qulyan isə ümumiyyətlə İstintaq Komitəsinin yeni rəhbərlik altında uşaq bağçasına çevrilməsindən gileylənib. O, sədrin elementar geyim qaydalarını bilmədiyini, yaxasında qurumun loqosonu əks etdirən nişanı taxmadığını deyib.

Sabiq MTX rəhbərinin müəmmalı qaçışı - Şuşadakı pullar yoxa çıxıb
- İstintaq Komitəsində forma geyinmə qaydaları haqqında bilən kimsə yox idimi? Bir nəfər ona izah edə bilməzdimi ki, komitə sədri, "Cəsarət" medalını "alan" polkovnik Arqişti Kərəmyan strukturun yaranmasının 7 illiyinə həsr olunmuş təntənəli toplantıda iştirak edir? Sinəsində "İgidliyə görə" medalı olan, amma yaxasında komitəyə aid xüsusi simvolu taxmayan bir adam Nikol Paşinyanla görüşür, rəhbərliyin struktur bölmələrinin rəhbərləri ilə danışır axı.



Xatırladım ki, Ermənistanda İstintaq Araşdırma Komitəsinin personalının geyim qaydaları var. Məlum qayda və qanunlara əsasən yaxalıqda komitənin simvolu mütləq qaydada olmalıdır.

"Xalq Nəzarəti Mərkəzi" təşkilatının sədri Babken Arutyunyan da məlum görüntüləri tənqid edərək uğursuz fəaliyyəti ilə yadda qalan keçmiş MTX rəhbərinə hələ də general rütbəsi verilməməsinə kinayə ilə yanaşıb.

- Artıq bir ay keçib, amma ona nə yeni vəzifə, nə də general rütbəsi verilmədi? Yaxşı, bəs bu işlərin sonu necə olacaq. Çünki o onsuz da heç bir iş görmür. Nikol, gecikdirmə bu işləri, növbəti ay da başa çatır. Bilirik ki, Nikolun aparıcı nazirlərinə, hərbçilərinin işlərinə "yaxşı" baxırsınız. Gücünüz olduğu müddətcə baxacaqsınız... Amma gücdən məhrum olanda sizə "yaxşı baxmağınızı" xatırladacaqlar.

Qeyd edək ki, 30 yaşlı A. Kərəmyan 2020-ci ilin iyunundan oktyabrına qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. İkinci Qarabağ müharibəsi başa çatandan sonra MTX rəhbərinin Şuşa döyüşləri başlayan kimi şəhərdən inkassator maşını ilə qaçması üzə çıxmışdı. Kərəmyan işini itirdikdən sonra 2020-ci il dekabrın 24-də Ermənistan İstintaq Komitəsi sədrinin müavini təyin edilmişdi. Bu ilin iyul ayında isə Paşinyan qalmaqallı məmuru komitəyə rəhbər təyin etdi.

Tural Tağıyev

Azvision.az


Teqlər:   Ermənistan   Medal  







Xəbər lenti