Zooloji Parkın ilk ziyarətçiləri uşaqlar oldu - FOTOLAR+VİDEO

  Zooloji Parkın ilk ziyarətçiləri uşaqlar oldu -    FOTOLAR+VİDEO
  09 Oktyabr 2021    Oxunub:4208
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı ziyarətçilərə qapılarını açıb. Parkın ilk ziyarətçiləri uşaq evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Zooloji Parkın icraçı direktoru Nəzakət İsayeva deyib. O bildirib ki, Zooloji Parkın kassaları hər gün səhər saat 10:00-dan axşam 17:30 kimi açıq olacaq:



"Bu gün isə kassalar 15:00-dan açılacaq. Parka giriş qiymətləri böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manatdır. Şəhid ailələri və 3 yaşa qədər uşaqlar Parka ödənişsiz daxil ola biləcəklər. Qazillər, I, II, III qrup Vətən müharibəsi əlillərinin övladları, şagird və tələbələr üçün bilet qiymətləri güzəştli olacaq".



N.İsayeva bildirib ki, Zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq: "Ümumiyyətlə, Zooparkın ərazisi iki dəfə böyüdülərək 4.25 hektara çatdırılıb. Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Zooparkda "Qırmızı kitab"a düşən heyvan növləri də var. Nəsli kəsilməkdə olan heyvanların çoxaldılması və təbiətə buraxılması üçün gələcəkdə layihələr olacaq".















Aytən Zəhra
Foto: Anar Bayramlı
Video:Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Qalereya




Teqlər: Zoopark  





Xəbər lenti