ABŞ səfirliyinin hərbçiləri Moskvada oğurluq etdilər - VİDEO

  ABŞ səfirliyinin hərbçiləri Moskvada oğurluq etdilər -    VİDEO
  09 Oktyabr 2021    Oxunub:966
ABŞ-ın Rusiyadakı diplomatik missiyasının üç əməkdaşı Moskvadakı barlardan birində bel çantasını oğurlamaqda şübhəli bilinir. AzVision.az xəbər verir ki, bunu Moskva Daxili İşlər Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Vasenin deyib. Onun sözlərinə görə, barların birində psixoloq işləyən yerli sakinin 15 min rubl dəyərində şəxsi əşyaları oğurlanıb.
Polis müşahidə kamerasının görüntülərini araşdırdıqdan sonra şübhəlilərin ABŞ səfirliyində xidmət edən Dəniz Piyadaları korpusunun hərbçiləri ola biləcəyi qənaətinə gəlib.



Artıq Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a nota göndərib. Notada şübhəli şəxslərdən diplomatik toxunulmazlığının qaldırılması tələb edilib. Tələb yerinə yetirilərsə, polis həmin şəxsləri cinayət məsuliyyətinə cəlb edə biləcək.

Azvision.az


Teqlər: ABŞ   Hərbçi  





Xəbər lenti