Ermənistanda cərimələr artırıldı: Təhqirə görə 6 min dollar

   Ermənistanda cərimələr artırıldı:   Təhqirə görə 6 min dollar
  09 Oktyabr 2021    Oxunub:705
Bu gün Ermənistan Konstitusiya Məhkəməsi böhtan və təhqirə görə cərimələrin miqdarının artırılması haqqında müddəanı tanıyan bir qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin saytında məlumat yayılıb.

Xatırladaq ki, Mülki Məcəlləyə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun layihəsi Ermənistan parlamentinin hazırkı spikeri Alen Simonyan tərəfindən irəli sürülmüşdü. Dəyişikliklər təhqir üçün cərimənin məbləğinin 1 milyon dramdan (təxminən 2 min dollar-red) 3 milyona (təxminən 6 min dollar-red) artırılmasını nəzərdə tutur. Böhtanla bağlı cəza isə əvvəlki 2 milyon əvəzinə 6 milyon dram təşkil edəcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: Cərimə   Ermənistan  





Xəbər lenti